Xəbər lenti

ABŞ-da kitabxanaya hücum: ölən və yaralananlar var
Dünya06:53 29.08.2017

ABŞ-da kitabxanaya hücum: ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Nyu Mexiko ştatında yerləşən kitabxanaya silahlı hücum təşkil edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində azı 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisə 40 min nəfərin yaşadığı Kolvis bölgəsində törədilib.

Yaralılar dərhal xəstəxanaya aparılıb. Onlardan 3-ü Labbokda yerləşən xəstəxanaya göndəriliblər. 

Qeyd edək ki, 28 avqust tarixində yayımlanan statistikaya əsasən ABŞ-da bu il ərzində 41 min 42 silahlı qarşıdurma nəticəsində 10 min 197 nəfər dünyasını dəyişib. 

Gülşən

Qaynarinfo.Az