ABŞ-ın Alabama ştatında müşahidə edilən qasırğa 23 nəfərin həyatına son qoyub.
Qaynarinfo xəbər verir ki, Corciya ştatına da öz təsirini göstərən təbii fəlakət ağacları kökündən çıxarıb, evlərə zərər vurub, enerji təminatında problem yaranıb.
Rəsmilər Florida, Cənubi Karolina ştatlarını da fəlakət barədə xəbərdar edib.