Xəbər lenti

ABŞ-da Saakaşvili üçün xüsusi vəzifə təsis edildi
Dünya09:55 20.01.2014

ABŞ-da Saakaşvili üçün xüsusi vəzifə təsis edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili üçün xüsusi vəzifə təsis edilib

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı M. Saakaşvili “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirib.

Məlumatda bildirilir ki, sabiq prezident ABŞ-da fəaliyyət göstərən Tafts Universitetinin nəzdində olan Fletçer adına Hüquq və Diplomatiya Məktəbində onun üçün xüsusi yaradılan yüksək rütbəli dövlət xadimi vəzifəsini tutacaq.

Məktəbin dekanı, admiral Ceyms Stavridis deyib ki, bu vəzifə ondan ötrü yaradılıb ki, Tafts Universitetinin tələbələri dünya şöhrətli insanlarla ünsiyyət qursunlar və müxtəlif beynəlxalq sahələrə aid təcrübələrlə tanış olsunlar.

M. Saakaşvili isə bildirib ki, tələbələrlə həm auditoriyada, həm də qeyri-formal şəraitdə görüşməyi xoşlayır: “Mən hətta siyasətlə məşğul olanda da bu cür ünsiyyətdən zövq alırdım”.

M. Saakaşvili ilə məktəb arasında işbirliyi 1 il müddətinə bağlanılıb. Eks-prezident öz iş yerini iki semestr ərzində 3-4 dəfə ziyarət edəcək.

Qaynar.info