ABŞ-ın cənubunda müşahidə edilən güclü yağış və külək Luizina və Texas ştatlarında 5 nəfərin ölümünə səbəb olub.
Qaynarinfo xəbər verir ki, Texasda ana və 2 övladı maşının içində sel sularına qərq olaraq, Luizianada isə ana və oğlu ev üstünə ağac aşması nəticəsində həlak olub.
Qeyri-sabit hava şəraiti səbəbilə bəzi məktəb və universitetlərdə dərslər dayandırılıb. Luizina, Missisipi ştatlarında qasırğa və güclü yağış barədə xəbərdarlıq edilib.
Gülşən