ABŞ Rusiya ilə əlaqədar 24 şəxs və 14 quruma sanksiya barədə qərar qəbul edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın hərbi idxal və ixracla məşğul olan "Rosoboronexport" dövlət şirkəti də sanksiya siyahısına daxil edilib. Şirkət məsələ ilə açıqlama verərək uzun müddətdir sanksiyalara məruz qaldığını, lakin fəaliyyətini davam etdirdiyini vurğulayıb.
Qeyd edək ki, Rusiya sabiq rus agenti Sergey Skripal və qızı Yuliya Skripalı İngiltərədə zəhərləməkdə ittiham edilir və son dövrlər bu hadisəyə görə bir çox dünya ölkəsinin ciddi qadağaları ilə üzləşib.
Gülşən