Xəbər lenti

ABŞ-dan Türkiyəyə xəbərdarlıq
Dünya12:41 06.02.2014

ABŞ-dan Türkiyəyə xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ XİN Türkiyə hərbi gəmilərinin bazar günü araşdırma aparan Norveç gəmilərinə müdaxiləsinə münasibət bildirib


Avropa.info- nun Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ, "bölgədə gərginliyi artıra bilən hərəkətlərdən qaçmaq lazımdır", - mesajı yollayıb.

ABŞ xarici işlər nazirinin sözçüsü Jen Pkasi dünən mətbuat konfransında gəminin Fransa firması üçün işləyən Norvec gəmisi olduğunu deyib: "Kiprin açıq dənizdə enerji axtarışlarını dəstəkləyirik. Neft, qaz qaynaqlarını da anlaşma çərçivəsində iki cəmiyyət arasında bərabər şəkildə bölüşmək lazımdır. Bölgədə gərginliyi artıra biləcək hərəkətlərdən yayınmaq lazımdır".

Keçən həftə Norveç gəmisi Türkiyə dəniz sərhədini pozmuşdu. Türkiyə hərbi gəmilərinin müdaxiləsindən sonra Norveç gəmisi ərazini tərk etmişdi.


Qaynar.info