
ABŞ Krımdan olan daha yeddi şəxsə, o cümlədən Sevastopol qubernatoru Aleksey Çalıya və “Çernomornefrqaz” (Qaradənizneftqaz) şirkətinə qarşı sanksiya tətbiq edib.
Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, sanksiya Sevastopol qubernatoru Aleksey Çalıyla yanaşı Krımın baş nazirinin birinci müavini Rüstəm Temirqaliyev, Krım və Sevastoploun seçki komissiyasının rəhbərləri Mixail Malışev və Valeriy Medvedyev, Krımın dövlət şurası sədrinin müşaviri Yuriy Jerebçov, Ukrayna Təlükəsizlik Xidmətinin Krım üzrə sabiq rəhbəri Pyotr Zima, Rusiya Federasiya şurasının Krımdan olan üzvü Sergey Çekova qarşı tətbiq edilib.
Qaynar.info