Xəbər lenti

ABŞ diplomatları müxalifətlə görüşdü
Ölkə13:14 17.04.2013

ABŞ diplomatları müxalifətlə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ diplomatları müxalifətlə Azərbaycandakı siyasi vəziyyəti müzakirə ediblər.

Bakıda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın aparıcı müxalifət partiyalarının rəhbərləri ilə görüşüb.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, yüksək səviyyəli ABŞ diplomatları ilə görüşdə VİP sədri Əli Əliyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, "El" hərəkatının rəhbəri Eldar Namazov və "REAL" hərəkatının həmsədri Erkin Qədirli iştirak ediblər.

Görüşdə Azərbaycandakı mövcud ictimasi-siyasi vəziyyət və qarşıdan gələn prezident seçkiləri ətraflı müzakirə olunub.

Qaynar.info