
Rusiyanın yüzlərlə ABŞ diplomatını ölkədən çıxarmaq barədə qərarından sonra səfirliyə aid binalar boşaldılır.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ səfirliyinə aid Serebryaniy Bor ərazisindəki istirahət yeri boşaldılır və əşyalar yığışdırılır. Çəkilən fotolarda əşyaların yük maşınlarına yığıldığı görünür.
Səfirliyə aid anbarın qarşısında isə rus polisləri gözləyir. ABŞ-lı nümayəndələr polislərin onların mülklərə girişdə maneçilik törətdiyini deyir, lakin Rusiya tərəfi bu iddiaları rədd edir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu qərarı ABŞ-ın sanksiya qərarından sonra qəbul edib.
Gülşən
Qaynarinfo.Az






