ABŞ-ın dövlət katibi Mayk Pompeo Şimali Koreyada səfərdədir.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Pompeo təyyarədə jurnalistlərin suallarını cavablandırıb. O, Şimali Koreyada həbsdə olan 3 amerikalının azad edilməsinə çalışacağını deyib:
"Həbsdə olanların azad edilməsi üçün 17 aydır çalışırıq. Bu gün məsələni təkrar müzakirə edəcəyik, azad edilsələr, bu, ABŞ-a gözəl jest olar".
Dövlət katibi "Məhbuslar azad edilməsə, Donald Tramp və Kim Çen In görüşü baş tutacaq?" sualına "Ümid edirik ki, vəziyyət o nöqtəyə gəlməyəcək" cavabını verib.
Qeyd edək ki, Mayk Pompeo Kim Çen Inla görüşəcək. İyun ayının ortalarında isə ABŞ və Şimali Koreya rəhbərlərinin görüşü gözlənilir.
Gülşən