Əfqanıstan və İraqda xidmət keçən 115-dən artıq ABŞ əsgəri oğurluq və rüşvət hallarına görə 2005-ci ildən bu yana mühakimə olunurlar.
Axar.az xəbər verir ki, bu barədə məlumat ABŞ-ın İctimai İnkişaf Mərkəzinin yayımladığı hesabatda yer alıb. Hesabatda ABŞ əsgərlərinin müxətlif yollarla 52 milyon dollardan artıq məbləği mənimsədikləri və buna görə də 3 ildən 17 ilədək həbs cəzasına məhkum edildikləri bildirilib.
Mərkəzin hesabatında əsgərlərin ABŞ ordusuna aid 15 milyon dollarlıq yanacağı əfqanıstanlılara satdıqları və pulu mənimsədikləri qeyd edilib.
Əsgərlərin İraqda ən çox istifadə etdikləri metod isə ABŞ hərbi bazasına aid avadanlıqların rüşvət qarşılığında yerli firmalara verilməsi olub.
Hadisəni araşdıran rəsmilər isə daha çox cinayətlərin üzə çıxarılacağını və əsgərlərin orduya vurduğu maddi ziyanın milyardlarla dolları ötmüş ola biləcəyini bildiriblər.
Qaynar.info