ABŞ Gizli Xidməti qurumun bir neçə işçisinin hazırkı dövlət başçısı Donald Trampa rəğbət bəsləməsindən şübhələndiyinə görə Co Baydenin vitse-prezidentlik dövründə onunla birlikdə işləmiş bir neçə agentini prezident qvardiyasına əlavə edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə The Washington Post yazıb. Nəşrin yazdığına görə, prezidentin təhlükəsizlik işçilərinin həmkarlarına Trampla bir ortamda olarkən onun bu qaydaları qəbul etmədiyinə görə qoruyucu maskalardan istifadə etməmələrini tövsiyə etməsi barədə xəbərlər səbəbiylə Gizli Xidmətdə yoxlama aparılır.
Agentlik keçən il prezidentin təhlükəsizlik qrupunun keçmiş başçısı Antoni Ornatonun Ağ Evin siyasi müşaviri olmasını da təsdiqləyib. Qəzetin yazdığına görə, bu, Gizli Xidmətin "siyasətdən kənar statusu”nu şübhə altına salıb.
Eyni zamanda agentliyin sözçüsü Ketrin Miloen bu mühakimələri rədd edib.
"Bu (xidmət) bu cür əməliyyatlarda [təhlükəsizlik] yüksək performans standartlarına ciddi şəkildə sadiq qalır, tamamilə siyasətdən kənar dayanır və qorunan şəxslərin mənsub olduğu siyasi partiyalarla əlaqəsi olmur", - Miloen deyib.
Nəşrin müsahibə verdiyi keçmiş Gizli Xidmət zabiti Baydenin tanıdığı insanları onun təhlükəsizlik qrupuna təqdim etməyin ağıllı olduğunu düşündüyünü deyib.
Alpər