Xəbər lenti

ABŞ-ın baş infeksionisti COVİD-lə bağlı vəziyyətin pisləşəcəyindən danışdı
Dünya08:10 18.11.2021

ABŞ-ın baş infeksionisti COVİD-lə bağlı vəziyyətin pisləşəcəyindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın baş infeksionisti Entoni Fauçi bildirib ki, qarşıdan gələn qış Amerikada koronavirus pandemiyası ilə bağlı vəziyyət xeyli pisləşə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, Delta ştamının aktivliyinin yüksəlməsi səbəbindən yoluxanların sayı artacaq. Bundan başqa, zəifləmiş immunitet sistemi covidin yayılma sürətinə təsir edəcək. Vətəndaşların ən həssas kateqoriyaları arasında peyvənd olunmayanlar var.
Fauçi bildirib ki, onu xüsusilə qarşıdan gələn bayramlar - Milad və Şükran günü narahat edir. Bu günlərdə amerikalılar başqa ştatlara səfər etməyə və qohumları ilə görüşməyə başlayacaqlar.
Alpər