50 yaşı olmasına baxmayaraq, o, yaxın gələcəkdə nə istirahət, nə də plastik əməliyyata müraciət etməyi planlaşdırır
ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama yubileyini qeyd edir. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onun 50 yaşı tamam olur. 50 yaşı olmasına baxmayaraq, o yaxın gələcəkdə nə istirahət, nə də plastik əməliyyat planlaşdırmır.
“Mən heç vaxt özümü indi olduğu kimi inamlı hiss etməmişdim. Mən heç vaxt necə qadın olduğumun fərqində olmamışdım”,-deyə birinci xanım “Parade Magazine” jurnalına müsahibəsində etiraf edib.
Harvard Universitetinin məzunu olan Mişel Obama, ixtisasca hüquqşünasdır. Amma, son 6 ildir ki o, Ağ evin xanımıdır.
Sorğunun nəticələri göstərib ki, o, ABŞ-ın birinci xanımı vəzifəsininin öhdəsindən çox yaxşı gəlir. 67 faiz amerikalı ona müsbət münasibət bəsləyir.