Xəbər lenti

ABŞ-ın ən iri şəhərlərindən biri müflis olacaq
Dünya06:31 19.07.2013

ABŞ-ın ən iri şəhərlərindən biri müflis olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın ən iri şəhərlərindən biri Detroyt müflis olmaq təhlükəsi ilə üz üzə qalıb.
APA-nın xarici mediaya istinadən verdiyi xəbərə görə, şəhər rəhbərliyi bununla bağlı federal məhkəməyə müraciət edib. Əgər məhkəmə müraciəti qəbul etsə, Detroyt ABŞ tarixində müflis olan ən iri şəhər olacaq.

Məlumata əsasən, şəhərin borcları 18,5 mlrd. dollara çatıb, büdcə kəsiri isə 380 mln. dollar təşkil edir. Şəhər rəhbərliyi bildirir ki, problemlər sakinlərə təsir etməyəcək, lakin şəhərdə yerləşən ABŞ-ın iri maşın istehsalı zavodlarında çalışanlar çətinliklərlə üzləşə bilərlər. Ötən əsrin 70-ci illərdə avtomobil qayırma sahəsində müşahidə olunan böhran səbəbi ilə şəhərin əhalisi 2 dəfə azalıb.

Qaynar.info