Xəbər lenti

ABŞ-ın hərbi texnikası Azərbaycanda - FOTOLAR
Ölkə10:21 30.09.2013

ABŞ-ın hərbi texnikası Azərbaycanda - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daha bir maşın karvanı qərb istiqamətində hərəkət edib.

ABŞ Ordusunun Əfqanıstandan çıxarılan hərbi texnikasının bir hissəsinin Azərbaycan ərazisindən keçməklə Avropaya daşınır.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, texnikanın Azərbaycan ərazisi ilə çıxarılması prosesinə bir müddətdir, başlanıb. Qazaxıstanın Aktau limanına gətirilən ABŞ-a məxsus yüklər və hərbi texnikalar buradan bərə vasitəsi ilə Azərbaycana gətirilir.

Azərbaycandan isə nəqliyyat vasitələri və dəmir yolu ilə Gürcüstanın Poti limanına daşınır. Sentyabrın 28-də hərbi texnikalarla yüklənmiş daha bir maşın karvanının Bakıdan qərb istiqamətində hərəkəti müşahidə olunub.

Qeyd edək ki, artıq ABŞ hərbi texnikalarının Azərbaycan ərazisindən daşındığını əks etdirən fotolar da yayılıb.