Xəbər lenti

ABŞ-ın sanksiyaları: Türkiyə yenə Rusiyadan S-400 alacaqmı?
Dünya13:05 17.12.2020

ABŞ-ın sanksiyaları: Türkiyə yenə Rusiyadan S-400 alacaqmı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə ABŞ-ın sanksiyaları fonunda belə, Rusiyadan S-400 zenit-raket kompleksləri almaq məsələsində geri çəkilmək niyyətində deyil.
Qaynarinfo xəbər verir ki, bu haqda MK.ru-nun məlumatında deyilir. "Müdafiə sənayemizi daha müstəqil etmək üçün addım atmağa davam edəcəyik", - deyən Çavuşoğlu ABŞ-ın bu istiqamətdəki siyasətini səhv hesab etdiyini vurğulayıb. Siyasətçi əlavə edib ki, Türkiyə S-400 satınalmasından geri çəkilmək niyyətində deyil.
Xatırladaq ki, Türkiyəyə qarşı sanksiyalar ABŞ-ın yeni müdafiə layihəsində yer alır. Layihə hələ qüvvəyə minməyib. Hazırda ABŞ prezidenti olan Donald Tramp sənədi imzalamayacağına söz verib. Ancaq onun yerinə gələn Co Baydenin bu layihəyə necə reaksiya verəcəyi məlum deyil.
Alpər