Xəbər lenti

ABŞ-ın yeni prezidenti seçilib - YENİLƏNİR
Dünya07:10 09.11.2016

ABŞ-ın yeni prezidenti seçilib - YENİLƏNİR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da prezident seçkilərinin nəticələri açıqlanıb. 

"Report"un məlumatına görə, Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-ın yeni prezidenti seçilib.

O, Seçicilər Kollegiyasının 277 səsini, onun demokrat rəqibi Hillari Klinton isə 215-ni toplayıb. 

Qələbə üçün namizəd ən azı 270 səs toplamalı idi.

***

Hazırda D.Tramp Seçicilər Kollegiyasının 232 səsini, Hillari Klinton isə 209 səsini toplayıb.

Qələbə üçün namizəd ən azı 270 səs toplamalıdır.

Hələlik seçicilərin səslərinin 70 faizi hesablanıb.

****

Demokratlar Partiyasından namizəd Hillari Klinton hazırda ABŞ prezidenti postu uğrunda mübarizədə Kaliforniya və Havay ştatlarında səs çoxluğu qazanaraq irəli çıxıb.

"Report" CNN-nə istinadən xəbər verir ki, hazırda Klinton Seçicilər Kollegiyasının 197, respublikaçı Donal Tramp isə 187 səsini toplayıb.

***07:44

Respublikaçılar Partiyasıdan namizəd Donald Tramp hazırda ABŞ-da keçirilən prezident seçkilərində liderlik edir.

"Report" xəbər verir ki, indiyə qədər səslərin təqribən 47 faizi hesablanıb.

Hesablamalara görə, Tramp Seçicilər Kollegiyasının 168 səsini, onun demokrat rəqibi Hillari Klinton isə 109-nu toplayır.

Qeyd edək ki, qələbə üçün namizədə Seçicilər Kollegiyasının 270 səsi lazımdır.

Ümumilikdə Trampa hələ ki, seçicilərin 49 faizi, Klintona isə 47 faizi səs verib.

İlkin məlumatlara görə, milyarder Florida və Ohayo kimi əsas ştatlarda liderlik edir

Qaynarinfo.Az