Xəbər lenti

ABŞ kəşfiyyatı Google şəbəkəsinə müdaxilə edib?
Dünya12:32 31.10.2013

ABŞ kəşfiyyatı Google şəbəkəsinə müdaxilə edib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Google ABŞ Milli Təhlükəsizlik Agentliyinin onun keçid məlumat bazasını “hək” etməsi xəbərinə qəzəblənib. Şirkətin icraçılarından biri deyib ki, Google iddia edilən fəalliyyətdən xəbərdar olmayıb və “təcili islahatlar" aparmalıdır.

Bu şərhlər ABŞ-ın qacaq keçmiş kəşfiyyat işçisi Edward Snowdenin MTA-nin Google və Yahoonun məlumat baza mərkəzləri arasında keçidləri "hək" etməsi ittihamlarının çap olunduğu Washington Post qəzetindəkı məqalədən sonra verilib. MTA direktoru bildirib ki, şirkətlərin kompüterlərinə müdaxilə olmayıb.

Sədr Keith Alexander Bloomberg TV-yə deyib ki, "Biz amerikan şirkətinin serverlərinə daxil olub məlumat götürməmişik". Lakin təhlilçilərə görə, bu, ittihamların birbaşa rədd edilməsi demək deyil. İttihamların mənbəyi hazırda Rusiyada məskunlaşan və ABŞ tərəfdən qadağan edilmiş məlumatların açılmasına görə axtarışda olan cənab Snowdendir.

Sənədlərdə deyilir ki, İnternetin ən böyük şirkətlərinin daxili şəbəkəsindən hər gün milyonlarla informasiya götürülürmüş. MTA-nin məlumatları, bazaları birləşdirən fiber-optik kabellər və digər şəbəkə texnikasına müdaxilə ilə əldə etdiyi deyilir, yəni serverlərə birbaşa giriş olmayıb.

Məlumatlar ABŞ-dan kənar ərazidə əldə edilib, sənədlərdə deyilir.Həmçinin deyilir ki, MTA müttəfiqi Britaniya Dövlət Kommunikasiya Mərkəzi ilə birgə hərəkət edərək, mətn, audio və video şəklində olan məlumatları əldə edib və sonradan Muscular adlı proqramla oxuyub.

MTA-nin əvvəldən də, Google və Yahoo istifadəçilərinin hesablarına məhkəmənin təsdiq etdiyi Prism proqramı ilə girişi mövcuddur.

Google-un baş hüquqşünası David Drummond bildirib ki, Google heç bir hökümətə öz sisteminə daxil olmağa icazə verməyib.“Biz belə cəhdlər barədə əvvəlcədən narahat olduğumuzdan Google xidmətləri və linklərinə şifrə tətbiq etməyi təklif edirik”, cənab Drummond bildirib.

“Hökümətin bizim şəxsi fiber şəbəkəmizdən məlumat oğurlamaq istəyi bizi əsəbləşdirib və bu, təcili islahatlar tələb edir”. Yahoonun sözçüsü isə bildirib ki, şirkətin “məlumat bazalarının təhküsizliyini qorumaq üçün ciddi yoxlamaları var”. Onun sözlərinə görə, Yahoo nə MTA, nə də başqa bir hökümət agentliyinə məlumat bazalarına daxil olmağa izn vermir.

MTA sözçüsü Washington Postun məqaləsindəki “xeyli ABŞ vətəndaşlarının məlumatlarının toplanılması” barədə ittihamları da rədd edib.

Bu qalmaqal Almaniya diplomatlarının Vaşinqtona Ağ Evlə Kansler Angela Merkelin Klikləyin mobil telefonunun dinlənilməsi ittihamları barədə danışıqlar aparmaq üçün gəlməsindən bir neçə saat sonra baş verib.

Danışıqlar üçün xanım Merkelin iki ən vacib məsləhətçiləri, xarici işlər üzrə məsləhətçi Christoph Heusgen və kəşfiyyat məsləhətçisi Guenter Heiss göndərilib, bu, Kanslerin məsələni nə qədər ciddiyə almasının göstəricisidir. Gələn həftə Almaniyanın baş kəşfiyyat agentliyi Vaşinqtonda həmkarları ilə görüşəcək. ABŞ-ın baş kəşfiyyatçısının xarici liderlərin dinlənilməsini hökümətin əsas məqsədi kimi müdafiə etməsi isə müttəfiqlərin dinlənilməsi kimi qarşılanaraq ABŞ-a qarşı "acığı artırıb".

Medianın məlumatına görə, MTA Vaşinqtonda və BMT-də fransız diplomatlarını dinləyib. Həmçinin Klikləyin İspaniya, İtaliya və Vatikan da dinlənilməyə məruz qalıb. Agentlik Avropada bütün dinləmə ittihamlarını "tamamilə yalnış" adlandırıb

Qaynar.info