Xəbər lenti

ABŞ kəşfiyyatı Rusiyaya qarşı rəsmən hərəkətə keçdi
Ölkə08:45 29.12.2020

ABŞ kəşfiyyatı Rusiyaya qarşı rəsmən hərəkətə keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ kəşfiyyatı Rusiyaya bağlı olan oliqarxları araşdıracaq.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ABŞ Konqresi tərəfindən qəbul edilmiş, prezident Donald Tramp tərəfindən təsdiq olunmuş 2021-ci il üçün büdcə qanunu Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) qarşısında bu istiqamətdə konkret tələblər qoyub. 
Belə ki, Mərkəzi Kəşfiyyat İdarəsi  gələn ilk 100 günü ərzində Rusiya Federasiyası hökumətini dəstəkləyən rusiyalı, eləcə də Şərqi Avropadan olan oliqarxların korrupsiya fəaliyyətləri barədə hesabat hazırlayıb təqdim etməlidir. CIA-nin hazırladığı hesabatda bu oliqarxların bütün sərvətləri əksini tapmalı və onlara qarşı mümkün sanksiyaların siyahısı yer almalıdır.
Müşahidəçilərin fikrincə, Rusiyaya bağlı oliqarxların araşdırılması yanvarın 21-də işə başlayacaq ABŞ-ın yeni administrasiyasının Kremllə münasibətlərini şərtləndirəcək. Yəni, Bayden administrasiyası Rusiyanın biznes və siyasi elitasını basqı altında saxlamaqla ABŞ-ın itirilmiş mövqelərini bərpa etməyə çalışacaq.
Alpər