Amerika kəşfiyyatı 2019-cu ilin noyabrında ÇXR Vuhan Viroloji İnstitutunun çinli alimləri arasında naməlum bir infeksiyanın qeydə alındığının müşahidə edilməsiylə bağlı əldə etdiyi məlumatları yayımlayıb.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı "The Wall Street Journal” qəzeti yayıb.
Qəzet xəstələrdəki əlamətlərin COVID-19-un simptomları ilə bənzərlik göstərdiyini ifadə edərək, "2019-cu ilin noyabr ayında Vuhan Viroloji İnstitutunun üç tədqiqatçısı ağır xəstələnərək xəstəxanaya yerləşdiriblər", - deyə qəzet yazıb.
Jurnalistlər bu məlumatın pandemiyanın səbəblərini araşdırarkən çox vacib ola biləcəyinə əmindirlər.
Alpər