Xəbər lenti

ABŞ Kubaya qarşı sanksiyalarını yumşaltdi
Dünya18:41 14.10.2016

ABŞ Kubaya qarşı sanksiyalarını yumşaltdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Kubaya qarşı sanksiya rejiminin yumşaldıldığını elan edib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, iki ölkə arasında pul köçürmələrinin, alkoqollu, həmçinin bir sıra başqa malların ixracı əhəmiyyətli dərəcədə asanlaşdırılıb.

Amerika hakimiyyətinin məlumatına görə, humanitar ehtiyaclarla, səyahətlərlə və təhsillə bağlı pul köçürmələrinə məhdudiyyətlər yumşaldılıb.

Bundan başqa, istehlak mallarının, alkoqollu məhsullar da daxil olmaqla, qida və yüngül sənaye məhsullarının da ixracı əhəmiyyətli dərəcədə sadələşdirilib.

Qaynarinfo.Az