Xəbər lenti

ABŞ liderlərin telefon danışıqlarını dinləyib - “WikiLeaks”dən şok ifşa
Ölkə15:45 23.02.2016

ABŞ liderlərin telefon danışıqlarını dinləyib - “WikiLeaks”dən şok ifşa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi gizli şəkildə dünya liderlərinin telefon danışıqlarını dinləyib.

RİA Novosti  xəbər verir ki, bu barədə məşhur WikiLeaks saytı məlumat yayıb.

Məlumatda Milli Təhlükəsizlik Agentliyi BMT baş katibi Pan Gi Mun ilə Almaniya kansleri Angela Merkel, İsrailin baş naziri Benyamin Netanyahu ilə İtaliyanın sabiq baş naziri Silvio Berluskoni, keçmiş Fransa prezidenti Nikolya Sarkozinin Merkel və Berluskoni ilə telefon danışıqlarını dinləyib.

Bundan əlavə, Avropa İttifaqına üzv dövlətlər və Yaponiyanın ticarət nazirlərinin Ümumdünya Ticarət Təşkilatı mövzusunda danışıqları da dinlənilib.

WikiLeaks-in iddiasına görə, BMT baş katibi ilə Almaniya kansleri iqlim dəyişikliyi məsələsini müzakirə ediblər. Benyamin Netanyahu ABŞ prezidenti Barak Obama ilə münasibətləri yaxşılaşdırmaq üçün Silvio Berluskonidən yardım istəyib. 

Nikolya Sarkozi isə İtaliya iqtisadiyyatının bərbad vəziyyətə düşəcəyi barədə Berluskoniyə xəbərdarlıq edib. Məlumatda, həmçinin bəzi sənədlərin ən yüksək məxfilik dərəcəsinə malik olduğu vurğulanır. 

Qaynar.info