Xəbər lenti

ABŞ Manbicdən geri çəkilməkdən imtina etdi
Dünya10:09 29.01.2018

ABŞ Manbicdən geri çəkilməkdən imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Mərkəzi Komandirliyinin generalı Cozef Votel YPG/PYD terror təşkilatının əlində olan Manbicdən ordularını geri çəkməyəcəklərini açıqlayıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Suriyanın Manbic şəhəri Türkiyə sərhəddindən 40 km məsafədə yerləşir və terror təşkilatı 2016-cı ilin yay ayından burada qərarlaşıb. Şəhərdə həm YPG/PYD, həm də ABŞ ordusu yerləşib.
Türkiyə 20 yanvarda Suriyanın Afrin şəhərində anti-terror əməliyyatına start verib və PKK-nın Suriya qolu olan YPG/PYD-yə qarşı mübarizə aparır. 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən günlərdə ABŞ-a xəbərdarlıq edərək terror təşkilatı ilə əlaqələrinə son qoymağı tələb etmişdi.
Gülşən