
ABŞ Ukraynadakı vəziyyət və Krımın Rusiyanın tərkibinə daxil edilməsinə görə Moskvaya qarşı sanksiyalar siyahısını genişləndirib.
“Qafqazinfo”nun məlumatına görə, Amerika Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilən xəbərdə bildirilir ki, siyahıya 7 fiziki şəxs (Mixail Dedov, Mixail Klişin, Kirill Kovalçuk, Dmitriy Lebedev, Dmitriy Mansurov, Oleq Minayev, Yevgeniy Priqojin) və onlarla təşkilat daxil olunub.
Bundan əlavə, Rusiya bayrağının dalğalandığı iki tanker –“Marşal Jukov” və “Stalinqrad”, eləcə də Vaşinqton tərəfindən məhdudiyyətlər altında olan “Novatek” şirkəti də siyahıdadır.
Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları 2017-ci il iyulun 31-nə qədər artırıb.
Qaynarinfo.Az