Xəbər lenti

ABŞ Sarksyanı təmkinli olmağa çağırdı
Dünya09:55 20.07.2016

ABŞ Sarksyanı təmkinli olmağa çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Ermənistanda və ya istənilən ölkədə güc tətbiqi ilə siyasi dəyişiklik etmək cəhdlərini diqqətlə müzakirə edir və Ermənistan rəhbərliyini təmkinli olmağa çağırır. 

"Qaynarinfo.Az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Mark Toner ənənəvi brifinqdə deyib. 

"Ermənistandakı hadisələrin Türkiyədəki qiyam cəhdi ilə əlaqəsi varmı" sualına Toner cavab verib ki, o belə düşünmür: "Demokratik yolla seçilmiş hökumətin devrilməsi həmişə pis ideya olub". 

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.

Qızılgül

Qaynarinfo.Az