Xəbər lenti

ABŞ səfiri Bakıda zibil yığdı - FOTOLAR
Ölkə09:05 28.04.2015

ABŞ səfiri Bakıda zibil yığdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta bu dəfə ictimai fəaliyyəti ilə gündəmə gəlib.

Qaynar.info xəbər verir ki, Bakıda "Yer Günü"nə həsr olunmuş tədbirlər çərçivəsində Yer gününü qeyd etmək üçün ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta çimərlik təmizləyib. Təmizlik aksiyası Bakının yaxınlığındakı çimərliklərdən birində olub. Keçirilən tədbirdə səfirlə yanaşı mübadilə proqramlarının bəzi məzunları da iştirak edib.

Xatırladaq ki, bir müddət əvvəl Robert Sekuta Kürdəmirdə Müdafiə Nazirliyinin pilotları və peşəkarları ilə görüşüb. Səfir bazanın komandiri ilə birlikdə uçuş simulətorunda öz pilot bacarığını yoxlayıb, pilot kabinindən SU-25 təyyarəsi barədə məlumat alıb.

Qaynar.info