Xəbər lenti

ABŞ səfirliyi agent qalmaqalına münasibət bildirdi
Siyasət13:17 14.02.2014

ABŞ səfirliyi agent qalmaqalına münasibət bildirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Jurnalist Eynulla Fətullayev məqalə yazaraq “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılı Amerika agenti kimi təqdim edib. 

E.Fətullayev həmçinin bildirib ki, X.İsmayıl bu ilin yanvarında Azərbaycana səfər edən ABŞ Senatının işçiləri adı altında pərdələnmiş, əslində isə ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları olan iki nəfərlə görüşüb. 

E.Fətullayev həmçinin X.İsmayılın həmin şəxslərə ölkə müxalifətindən, media rəhbərlərindən, vətəndaş cəmiyyəti təmsilçilərindən kimlərin nə zaman və necə hakimiyyət tərəfindən “verbovka” olunması və kimlərin nəzarətində olmaları haqda böyük bir siyahı təqdim edib. Həmin siyahıda çox tanınmış və nüfuzlu şəxslərin adları var. Bundan sonra ciddi qalmaqal başlayıb.

Gunxeber.com bu qalmaqalla bağlı ABŞ səfirliyinə müraciət edib. Səfirliyin mətbuat xidməti suala belə cavab verib: “ABŞ konqres işçilərindən olan nümayəndə heyətinin Azərbaycana səfəri adi, işgüzar xarakter daşıyırdı. Səfər vaxtdı onlar səfirliyin işçiləri, Azərbaycan rəsimləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüblər. Onlar belə səfərləri ona görə edirlər ki, Amerika dövlərinin qanunvericilik orqanına Azərbaycan və bötövlükdə regiona aid daha ətraflı məlumat versinlər. Bu səfərə aid hər hansısa əlavə suallarınız varsa, o zaman konqresin işçiləri ilə əlaqə saxlayın”.

Qaynar.info