Xəbər lenti

ABŞ səfirliyi Gülər Əhmədovaya cavab verdi
Ölkə07:21 22.10.2013

ABŞ səfirliyi Gülər Əhmədovaya cavab verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədova oktyabrın 21-də başlayan məhkəmə prosesində bir sıra sərt bəyanatlarla çıxış edib.

Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, G.Əhmədova ABŞ-I və ATƏT-i, eləcə də Milli Şuranın prezidentliyə vahid namizədi olmuş Cəmil Həsənlini də ittiham edərək deyib: “ABŞ Dövlət Departamenti və ATƏT öz hesabatlarında məni cinayətkar adlandırıb. Məhkəmə qərarı olmadan nə haqla cinayətkar adlandırılmışam? 10 ayda daha çox prezident seçkiləri ərəfəsində əsəb keçirdim. Özlərini demokratiyanın təntənəsi adlandıran adamlar, Cəmil Həsənli efirdə məni mandat alverçisi adlandırdı. O, 9 milyonluq xalqın, ailəmin və anamın qarşısında bunları deməklə ailə nüfuzuma xələl gətirib”.

G. Əhmədova çoxlu sualı olduğu üçün hakimdən növbəti məhkəmə iclaslarında ABŞ səfirliyinin, ATƏT-in nümayəndələrinin və Cəmil Həsənlinin məhkəməyə dəvət edilməsini istəyib.

Gunxeber.com bu məsələ ilə bağlı mövqe öyrənmək üçün ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb. Səfirliyin mətbuat xidmətindən bununla bağlı suallara qısaca cavab verilib. Səfirliyin mətbuat xidməti bu məsələnin məhkəmənin səlahiyyətində olduğunu deyib: “Biz bu prosedura şərh vermək niyyətində deyilik. Bu məhkəmənin səlahiyyətində olan məsələdi, məhkəmə qərar verə bilər”.

Qaynar.info