
ABŞ Səudiyyə Ərəbistanına kaset bombalarının təchizatını dayandırıb.
Axar.az xəbər verir ki, bu qərar Yəməndə mülki vətəndaşların öldürülməsinə görə verilib.
ABŞ-ın “Foreqn Polis” jurnalına danışan Vaşinqton rəsmisi bildirib ki, bombalar əsasən, mülki əhalinin olduğu və yaxud da onlara yaxın bölgələrə atılıb.
Təchizatı dayandırılan isə CBU-105 kaset bombasıdır.
Rəsmi Vaşinqton son illərdə Ər-Riyadı milyon dollarlar həcmində bombalarla təchiz edib.
Qeyd edək ki, ötən ilin martından etibarən Yəməndə Ənsərullah hərəkatı ilə (Husilər – red.) mərkəzi hökumət arasında yaşanan qarşıdurmalar səngimir.
Qaynarinfo.az