Xəbər lenti

ABŞ Şimali Koreyanı hədələdi
Dünya08:09 19.04.2016

ABŞ Şimali Koreyanı hədələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın müdafiə nazirnin müavini Antoni Blinken Şimali Koreyanı  nüvə sınaqlarına davam edəcəyi təqdirdə   sərt addımlar atacaqları ilə hədələyib. 

Qaynarinfo.az  Röyters agentliyinə istinadən xəbər verir ki, ABŞ rəsmisi Yaponiyada keçirilən hərbi forumda Şimali Koreyanın ünvanına hədələyici sözlər deyib: “Əgər Şimali Koreya bu cür addımları davam etdirsə özünü çox çətin duruma sala bilər”.

Şimali Koreyaya qarşı ABŞ və Çin tərəfindən hazırlanmış qətnamə mart ayında BMT Təhlükəsizlik Şurasında təsdiq edilmişdir.

Qeyd edək ki, Şimali Koreya bir il ərzindı 4 dəfə yaxın coğrafiya üçün təhlükəli sayılacaq nüvə sınaqlarını həyata keçirib. Onlar bu barədə BMT-in rəsmi qətnamələrini də pozublar.

Qaynarinfo.az