ABŞ-ın Alabama ştatında abort qadağan olunur.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, senatorlar hamiləliyin istənilən mərhələsində, insest və zorlanma halında belə baş verən hamiləliyi sonlandırmağı qadağan edən qanunu səsverməyə çıxarıb. 25 senator qanunun leyhinə, 6 senator isə əleyhinə səs verib. Qərar təsdiq üçün ştat qubernatoruna veriləcək.
Qeyd edək ki, bu ilin əvvəlində Luiziana ştatında da abort qadağan edilmiş, lakin Ali Məhkəmə qanuna veto qoymuşdu.
Gülşən