Xəbər lenti

ABŞ təyyarələri Koreyanı bombaladı
Dünya09:14 28.03.2013

ABŞ təyyarələri Koreyanı bombaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bombardmançılar Cənubi Koreya ərazisində bombardman təlimləri keçiblər. 

Qaynar.info-nun "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, bu, bir neçə vaxtdır aparılan hərbi təlimlər çərçivəsində həyata keçirilib. 

İki B-2 bombardmançısı Birləşmiş Ştatlardakı basazından qalxaraq Koreya yarımadasındakı hədəfləri vurub. 

Qeyd edək ki, B-2 bombardmançıları nüvə başlıqlı raket daşımaq qabiliyyətinə malikdirlər. 

Qaynar.info