
ABŞ Dövlət Departamenti Rusiyadan satın alınmış S-400 hava müdafiə sistemlərini sınaqdan keçirmək üçün Türkiyənin ehtimal olunan hazırlığı barədə mətbuatda yayılan xəbərlərdən "dərindən narahat" olduğunu bəyan edib.
Qaynarinfoxəbər verir ki, mənbəyə görə, Amerika diplomatik xidməti "Türkiyənin Rus S-400-lərini almasına israrla etirazını davam etdirir. Agentliyin həmsöhbəti bu sövdələşmənin NATO-dakı Türk-Amerika münasibətlərinə və əməkdaşlığına mənfi təsir göstərdiyini və Ankara üçün sanksiya riski yaratdığını xatırladıb.
Bundan əvvəl KİV-lər Türk hökumətinin S-400-ü Samsun Qara dəniz vilayətinə - ehtimal ki, sınaq üçün apardığını yazmışdı.
Bu barədə hələ rəsmi açıqlama verilməyib.
Alpər