Çinin Nyu Yorkdakı Konsulluğu Amerikanın NBC
Universal televiziya kanalı tərəfindən Tokioda keçirilən Olimpiya Oyunlarının
açılış mərasimində göstərilən "səhv xəritə" ilə bağlı etiraz edib.
Qaynarinfo xəbər verir ki, bu barədə
"Sport-Express"in yaydığı məlumatda deyilir.
Xəritədə Çinin özününkü hesab etdiyi Tayvan və Cənubi
Çin dənizindəki bəzi adalar ÇXR-dən ayrı göstərilib.
Çin Konsulluğu NBC-nin "ləyaqətinə xələl gətirdiyini
və Çin xalqının hisslərini təhqir etdiyini" qeyd edib. ÇXR-in diplomatik
nümayəndəliyi telekanalı "problemin ciddiliyini dərk etməyə və səhvini düzəltmək
üçün tədbirlər görməyə" çağırıb.
Bundan əvvəl Tokiodakı Olimpiya Oyunları-2020 rəsmi
saytında Krımın əvvəlcə Ukrayna ilə sərhədlə ayrılan Rusiya Federasiyasının bir
hissəsi olaraq təyin olunduğu göstərilsə də, sonra həmin sərhəd cizgisi götürülərək
Ukrayna ərazisi kimi göstərilib. Bu isə Rusiyanın qəzəbinə səbəb olub.
Alpər
Şərhlər