Xəbər lenti

ABŞ və Türkiyə liderləri görüşdü: Anakara 4-cü böyük hərbi əməliyyata hazırlaşır
Siyasət14:51 01.11.2021

ABŞ və Türkiyə liderləri görüşdü: Anakara 4-cü böyük hərbi əməliyyata hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ABŞ və Türkiyə liderləri arasındakı görüşü münasibətlərin daha da gərginləşməməsi üçün atılan addım kimi dəyərləndirmək olar”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ Prezidentil Co Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Romada keçirilən G-20-lərin sammiti çərçivəsində baş tutan görüşü dəyərləndirərkən deyib: 
"Türkiyə və ABŞ prezidentləri arasında keçirilən görüş nəzərdə tutulan zaman çərçivəsində ciddi strateji məsələləri müzakirə etməyi ehtiva etmirdi və bu, mümkün də deyildi. Görüşdə ABŞ-la Türkiyə arasında münasibətləri tənzimləmək yönündə siyasi iradə nümayiş etdirilib. Bunun üçün də ortaq bir mexanizmin yaradılması nəzərdə tutulur ki, ticarət həcminin artırılmasından tutmuş, digər münasibətlərdə gərgin olan vəziyyəti idarə etmək şərtilə münasibətlər pozulmasın”.
 
Politoloqun fikrincə, görüş tərəflər arasında normal durumun yaradılmasına töhvə vermədi: 
"Bu görüş sadəcə ortaq mexanizmlərin yaradılması təşəbbüsü ilə özünü göstərdi. Yoxsa ki, bu görüş tərəflər arasında normal vəziyyətin yaranmasına imkan verəcək görüş mənasına gəlməməlidir. Amma ortaq mexanizmlərin yaradılmasının nə qədər işlək olacağı da sual altındadır. S-400 raketləri məsələsi, F-35-lərin verilməməsinə görə ödənilən 1,4 milyard dolların geri qaytarılması, yaxud əvəzində F-16 təyyarələrinin alınması məsələsi hələ də açıq qalır. Ona görə də baş tutan görüşdən ciddi gözləntim yox idi”. 
Həmsöhbətimiz qeyd edir ki, ABŞ-la münasibətlərin tənzimlənməsinin mümkün olmaması fonunda Ankara Suriyanın şimalında PKK və onun tör-tüküntülərinə qarşı daha ciddi hərbi əməliyyatlara start verəcək:
"Qarabağ məsələsi də görüşdə müzakirə predmeti olmadı. Bayden Ərdoğan görüşünü sadəcə keçirilən görüşlərdən növbəti görüş kimi dəyərləndirmək lazımdır. Bundan əvvəlki görüşdə də müəyyən müsbət mesajlar verilsə də, irəliyə doğru heç bir addım atılmadı. Vaşinqton PKK və onun Suriya qolunu silah və loqistik baxımdan dəstəkləməkdə davam edir. Hələlik ABŞ Türkiyə ilə münasibətləri tənzimləməyi yalnız Vaşinqtonun diktəsilə həyata keçirməkdə davam edir. Belədə bu sayaq görüşlər hətta 5 saat davam etsə də, münasibətləri tənzimləmək mümkün olmayacaq. Əksinə, Türkiyə Suriyanın şimalında PKK terror təşkilatına qarşı 4-cü böyük hərbi əməliyyatların keçirilməsinə hazırlaşır”.
Rüfət Sultan