Xəbər lenti

ABŞ yadplanetlilərlə bağlı hərəkətə keçir: yeni UNO izləmə qrupu
Dünya08:02 24.11.2021

ABŞ yadplanetlilərlə bağlı hərəkətə keçir: yeni UNO izləmə qrupu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti idarənin strukturunda hava obyektlərinin izlənilməsi üçün yeni bölmənin yaradılacağını bildirib. Yeni bölmə hazırkı UNO İzləmə İşçi Qrupunu əvəz edəcək.
Əvvəllər ABŞ Hərbi Dəniz Qüvvələrinin naməlum uçan cisimlər üzərində komandası olub. Bölmə indi daha uzun bir ad daşıyacaq: Hava obyektlərinə yaxınlaşmanın identifikasiyası və sinxronizasiyası qrupu (Aerial Objects Approach Identification and Synchronization Group - AOIMSG).
Bildirilir ki, yeni struktur hava məkanının xüsusi zonalarında obyektlərin aşkarlanması üzrə Müdafiə Nazirliyi və Amerika hökumətinin fəaliyyətlərinin sinxronlaşdırılması ilə məşğul olacaq.
"Digər şeylərlə yanaşı, struktur uçuş təhlükəsizliyi və milli təhlükəsizliyə olan təhdidləri izləyəcək və azaldacaq", - Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Alpər