
Rusiya və Abxaziya arasında imzalanan strateji tərəfdaşlıq və müttəfiqlik haqqında müqavilə rəsmən qüvvəyə minib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.
Qeyd edək ki, bu sənəd keçən ilin 24 noyabr tarixində imzalanmışdı. Müqaviləyə əsasən, Rusiya Abxaziyanın təhlükəsizliyini öz üzərinə götürmüşdü. Ekspertlər isə strateji tərəfdaşlıq və müttəfiqlik haqda müqavilə ilə faktiki olaraq Abxaziyanın anneksiya olunduğunu bildirmişdilər.
Qaynar.info