Xəbər lenti

“Access Bank”a yeni baş və icraçı direktorlar təyin olundu
Ekonomiks11:40 01.06.2021

“Access Bank”a yeni baş və icraçı direktorlar təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gündən "Access Bank” QSC-də əməliyyatlar üzrə yeni baş direktor fəaliyyətə başlayır.
Qaynarinfo bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, bu, "Access Bank"ın informasiya texnologiyaları üzrə keçmiş icraçı direktoru Zəhra Zeynalovadır. O, yeni vəzifəsində səlahiyyət müddəti başa çatmış Natia Beriyanı əvəz edəcək. Z.Zeynalova 14 ildir ki, "Access Bank”da fəaliyyət göstərir. O, bu illər ərzində Bankda sıravi əməkdaşdan rəhbər vəzifəsinə qədər yüksəlib.
"Access Bank"ın informasiya texnologiyaları (İT) üzrə yeni icraçı direktoru isə Dmitriy Kazanidir. O, həm də Bankın Kartlar və Biznesə Dəstək Departamentlərinə nəzarət edəcək. D.Kazani İT sahəsində 15 ildən artıq təcrübəyə malikdir. O, "Access Bank”da fəaliyyətinə 2017-ci ildə İT üzrə mühəndisliyin optimallaşdırılması ilə başlayıb. 2020-ci ildən bu ilin may ayına qədər Bankın informasiya texnologiyaları şöbəsinin müdiri olub.