Hər zaman müştəriyönümlü məhsul və kampaniyaları ilə seçilən AccessBank "Qızıl Şans" adlı stimullaşdırıcı lombard lotereyasını davam etdirir. Müştərilərə dəyərli hədiyyələr qazanmaq imkanı təqdim edən bu kampaniya 17 aprel 2025-ci ildən etibarən start götürüb və bu günə qədər artıq 2 000-ə yaxın yeni və mövcud müştəri lotereyaya qoşulub.
Tirajlarda yalnız 17 aprel – 15 avqust 2025-ci il tarixləri arasında (I tiraj) və 16 avqust – 19 dekabr 2025-ci il tarixləri arasında (II tiraj)
lombard krediti rəsmiləşdirən müştərilər iştirak edə bilərlər. Hər 1 000 AZN məbləğində
lombard krediti müqabilində 1 iştirak haqqı qazanılır. Hər tirajda 12 qalib təsadüfi seçim əsasında müəyyən ediləcək və onlara saf qızıl külçələr təqdim olunacaq.
Mükafatlar aşağıdakı kimidir:
* I yer: 50 qram 999.99 əyyarlı qızıl (1 qalib)
* II yer: 30 qram qızıl (2 qalib)
* III yer: 20 qram qızıl (3 qalib)
* IV yer: 10 qram qızıl (6 qalib)
Tirajlar müvafiq olaraq 28 avqust və 26 dekabr 2025-ci il tarixlərində
AccessBank-ın Baş ofisində keçiriləcək və bankın rəsmi
Instagram,
Facebook və
LinkedIn hesablarında canlı yayımlanacaq.
Əsas şərtləri bir daha xatırladaq:
* Lotereyada yalnız 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları iştirak edə bilər.
* Kampaniya yalnız lombard kreditlərinə aiddir.
* Hər müştəri yalnız bir dəfə qalib ola bilər.
* Kredit öhdəlikləri tam bağlanmamış müştərilərə uduş təqdim olunmur.
* Qazanılan uduşların pul qarşılığı verilmir.
* Qızıl külçə qazanmaq şansını qaçırmayın!
Lotereya ilə bağlı daha ətraflı məlumat "
Qızıl Şans” kampaniyasının səhifəsində və
AccessBank-ın sosial media platformalarında təqdim olunur.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (
Facebook,
Instagram,
LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Şərhlər