Xəbər lenti

AccessBank-da yeni təyinat: Rəşad Mirzəyev departament rəhbər təyin olundu
Ekonomiks09:37 23.08.2021

AccessBank-da yeni təyinat: Rəşad Mirzəyev departament rəhbər təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rəşad Mirzəyev AccessBank-da İT İnfrastruktur və Əməliyyatlar departamentinin rəhbəri vəzifəsində fəaliyyətə başlayır. 
Cənab Mirzəyev bank sahəsində ümumilikdə 13 ildən artıq iş təcrübəsinə malikdir. O, əmək fəaliyyətinə 2008-ci ildə Rabitəbank-da İnformasiya Texnologiyaları departamentində başlayıb. 2013-2018-ci illərdə həmin departamentin Texniki dəstək şöbəsinin rəisi vəzifəsində işləyib. AccessBank komandasına qoşulanadək isə Rabitəbank-da İT İnfrastrukturu Departamentinin direktoru olub. 
Rəşad Mirzəyev CİSCO və HP-in Madrid və Barselonada təşkil etdiyi beynəlxalq təlimlərin iştirakçısıdır.
Azərbaycan, ingilis və rus dillərini bilir.