Xəbər lenti

Açılmış cinayətlərin sayı məlum oldu
Ölkə10:18 29.01.2022

Açılmış cinayətlərin sayı məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən il Azərbaycanda açılmış cinayətlərin sayı məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci ildə həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə DİN və prokurorluq üzrə qeydə alınan 29 327 cinayətin 88,9%-nin (+3,4%) açılması təmin edilib.
Bundan başqa, ağır və xüsusilə ağır cinayətlərin 83%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 83,4%-i, şəxsiyyət əleyhinə olanların 98%-i, onlardan qəsdən sağlamlığa ağır zərər vurmaların 98,2%-i, mülkiyyət əleyhinə olanların 80%-i, o cümlədən oğurluqların 72,3%-i, dələduzluqların 92,7%-i, soyğunçuluqların 90%-i, quldurluqların 92%-i, hədə-qorxu ilə tələb etmələrin 93,8%-i, avtonəqliyyat vasitəsinin qaçırılması cinayətlərinin 92%-i, habelə xuliqanlıqların 96,7%-i açılıb.