Foto 16:35 21.09.2022

"Açıq mikrofon" Zaqatalada quruldu (FOTOLAR)

"Zaqatalada keçirilən "Açıq mikrofon" aksiyasında qarşılaşdığınız problemləri və müraciətlərinizi dinləməyə hazırıq. Sizi maraqlandıran suallarınızı və təkliflərinizi "Açıq mikrofon”da səsləndirə bilərsiniz".

Qaynarinfo xəbər verir ki, bunu Zaqatala Regional qaz istismarı İdarəsinin rəisi Sübhi Bayramov abonentlər qarşısında çıxışı zamanı bildirib. Aksiyada  ümumilikdə 15 müraciət qeydə alınlb. Bunlardan 13-ü rayonun Muğanlı, Üçüncü Tala, Dağlı, Çobankol, Qımır, Gözbarax, Suvagil, Faldarlı, Uzunqazmalar, Mamrux kəndləri və Şimal-qərb massivinin qazlaşdırılması ilə bağlı olub.

Qalan 2 müraciətdən biri  Yuxarı Tala sakini Yusif Şabanov tərəfindən ünvanlanıb ki,  bu da fərdi yaşayış evinə sonradan ödənişli (mexaniki tipli)  qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsindən ibarət olub. Hər bir müraciət Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıq verilib.