Xəbər lenti

Acunun kanalı cəzalandı - Müxalifətçi şikayətçidir
Maqazin09:09 21.05.2016

Acunun kanalı cəzalandı - Müxalifətçi şikayətçidir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Radio-Televiziya Şurası ( RTÜK) Acun Ilıcalının rəhbər olduğu TV 8-i cərimələyib.

“O Ses Türkiye” yarışmasında bir neçə dəqiqə arayla səhnəyə səmazən və rəqqasə çıxması ilə bağlı RTÜK-ə şikayət göndərilib.

İstanbul Böyükşəhər Bələdiyyəsinin Məclis üzvü, CHP-li Nadir Ataman və vəkil Taner Kazanoğlu sözügedən məsələ ilə bağlı RTÜK-ə ərizə yazıb.

Ərizədə proqramda səmazən rəqsi və rəqqasə şousunun ekrana gəldiyi xatırladılıb.

Radio-Televiziya Şurası kanala “Cəmiyyətin milli və mənəvi dəyərlərinə zidd yayım etmək” maddəsi ilə 373 min 183 lirə pul cəzası verilib.

Xatırladaq ki, yarımfinal mərhələsində Onur adlı iştirakçı səhnədə mahnı ifa etmiş, səmazən rəqsi göstərilmişdi.

Dərhal sonra isə digər iştirakçı Aziz səhnədə çıxış etməyə başlamış, rəqqasə Asena oriyental rəqs etmişdi. (qafqazinfo)

Qaynarinfo.az