Xəbər lenti

Ağdam sakini Məsut Özillə fotosu olan pişiyi satışa çıxardı
Ölkə09:20 05.10.2018

Ağdam sakini Məsut Özillə fotosu olan pişiyi satışa çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İki gün öncə Bakı Olimpiya stadionunda Londonun "Arsenal" komandasının oyunçularının diqqətini çəkən pişik satılır.
Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı Gülövsər adlı Ağdam sakini elan yerləşdirib:
"Arsenal" futbolçularının əlləriylə verdiyi yeməyi yeyən pişik satılır. Futbol oynamağı bacarır. Pişik hazırda Ağdamdadır".
Sözügedən şəxs pişiyə 42.50 manat qiymət qoyub. 
Qeyd edək ki, sözügedən pişiyin fotosu London təmsilçisinin sosial şəbəkədəki rəsmi hesablarında da paylaşılmışdı.