Xəbər lenti

Adam Smitin bəyanatı reallığı əks etdirmir (ŞƏRH)
Siyasət11:02 27.07.2022

Adam Smitin bəyanatı reallığı əks etdirmir (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kiyevə səfər edən ABŞ Konqresinin Nümayəndələr palatasının Silahlı qüvvələr komitəsinin rəhbəri Adam Smit bildirib ki, Ukrayna Rusiyanın işğal etdiyi əraziləri yaxın 3-6 həftə ərzində geri qaytarmalıdır, sonra bunu etmək daha çətin olacaq. Smitin sözlərinə görə, Ukrayna rəsmiləri ruslarla sülh razılaşması əldə etmək istəyir, lakin bundan əvvəl işğalçılardan torpaqları geri almağı düşünürlər. "Növbəti üç-altı həftə həlledicidir", deyən Smit, Zelenski və başqalarından eşitdiyi əsas mesajı çatdırıb.
Qısa müddətə Ukraynanın işğal edilən torpaqları geri qaytara bilməsi nə dərəcədə realdır?
Məsələni Qaynarinfo-ya şərh edən politoloq Tural İsmayılov Ukraynanın qısa zamanda işğal edilən torpaqlarını geri qaytara biləcəyilə bağlı söylənilən fikirləri spekulyasiya hesab edir: 
"Çünki yaxın perspektivdə bu müharibənin dayana biləcəyilə bağlı hər hansı bir gözlənti yoxdur. Moskvanın Ukraynadan müəyyən tələbləri var ki, onlar da Kiyev tərəfindən yaxın zamanlarda heç bir formada yerinə yetrilə bilməz. Eyni zamanda, Ukrayna da Rusiyadan torpaqlarından  çıxmasını tələb edir. Düşünmürəm ki, bu qədər itklərə məruz qalsa da, Moskvanın qısa zamanda Ukraynaın tələblərini yerinə yetirəcəyi mümkün deyil".
Həmsöhbətimiz bildirir ki, Smitin açıqlaması ictimai manipulyasiya və siyasi şou elementlərinə söykənir: 
"Məsələ ondadır ki, ABŞ-ın bəzi konqresmenləri və siyasi elitası Rusiya-Ukrayna gərgiliyinin qalmasında maraqlıdırlar. Onlar bu vasitə ilə Rusiyanın daha da zəifləməsinə çalışır. Ona görə də daim Ukraynanı qızışdıran, prosesin sülhə deyil, daha aqressiv hücum ritorikasına köklənən vəziyyətə keçməsinə çalışırlar. Bu səbəbdən hesab edirəm ki, Smit də daxil olmaqla Qərb siyasi elitasının Ukrayna-Rusiya savaşının gələcəyilə bağlı söylədikləri fikirlər reallığa deyil, daha çox ictimai manipulyasiya və siyasi şou elementlərinə söykənir. Rusiya-Ukrayna müharibəsi, bütövlükdə müharibədən sonrakı post-müharibə gərginliyi 5-10 il müddətinə qədər davam edəcək”. 
Rüfət Sultan