Xəbər lenti

Ağdamda insident: 4 nəfər qaçırıldı
Ölkə10:40 16.04.2016

Ağdamda insident: 4 nəfər qaçırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 14-də Ağdam rayonunun Sarıcalı kəndində şəxsiyyəti məlum olmayan 4 nəfər Beyləqan rayon sakinləri Q.Məmmədovu, E.Hüseynovu, A.Şükürovu və K.Mirzəlini zorla “Niva” və “Nissan” markalı avtomobillərə oturdaraq Tərtər rayonunun Qəzyan kəndinə aparıb.
Daxili İşlər Nazirliyindən Qaynar.info-ya verilən məlumata görə, bıçaqla hədələyərək onlardan 264 manat pul və mobil telefonlarını alıb hadisə yerini tərk ediblər.
Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Ağdam rayon sakinləri Pərviz Kərimov, Ülvi Rüstəmov, Ağasəf Abdullayev və Sadiq Vəliyev tutulub.
Qaynar.info