Xəbər lenti

Ağdamda kəndlərin işıqsız qalmasının səbəbi məlum oldu
Ölkə16:11 23.01.2019

Ağdamda kəndlərin işıqsız qalmasının səbəbi məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağdamdan Ağcabədi rayonuna gedən xətlərdə qəza baş verib.
"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Oxu.Az-a verdiyi məlumata gödə, qəza nəticəsində Ağdamın bir neçə kəndinə elektrik enerjisinin verilişi dayandırılıb:
"Mahrızlı, Zəngişalı, Qaradağlı, Rzalı kəndlərində qəza ilə əlaqədar elektrik enerjisi yoxdur. Hava buludlu və çiskinli olduğu üçün naqillərdə baş verən problemin aradan qaldırılması vaxt aparır. Əməkdaşlarımız hazırda hadisə yerində çalışır. 20-30 dəqiqə ərzində elektrik enerjisinin verilişi tam şəkildə bərpa ediləcək”.