Xəbər lenti

Ağdamda partlayış: Bir hərbçimiz həlak oldu, ikisi yaralandı
Ölkə17:18 04.02.2021

Ağdamda partlayış: Bir hərbçimiz həlak oldu, ikisi yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib.
Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.
Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və  Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!