Xəbər lenti

Ağdamda yol çəkən texnika minaya düşdü (FOTO)
Ölkə16:07 17.04.2022

Ağdamda yol çəkən texnika minaya düşdü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağdamda yol inşaatında işləyən tikinti texnikası minaya düşüb.
Qaynarinfo-nun APA-ya istinadən xəbərinə görə, hadisə Ağdamın işğaldan azad edilmiş hissəsində baş verib.
Belə ki, Ağdam-Füzuli yolunun inşasında çalışan yol inşaatı texnikası Yusifcanlı kəndi ərazisində tank əleyhinə minaya düşüb.
Texnikanı idarə edən Fərzəliyev Alim xəsarət almayıb.